Portuqaliya 2 qolla 3-cü oldu

Portuqaliya 2 qolla 3-cü oldu
  03 İyul 2017    Oxunub:2004
Rusiyanın ev sahibliyi etdiyi FİFA Konfederasiyalar Kuboku turnirində 3-cü yer uğrunda Portuqaliya yığması Meksika komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, qarşılaşma 2-1 hesabı ilə Portuqaliya futbolçularının xeyrinə başa çatıb. Bunula da Portuqaliya yığması turnirdə 3-ci yeri tutub.

Görüşün əsas hissəsi 1-1 hesabı ilə bitsə də, əlavə vaxtda Adrien Silva penalti zərbəsini uğurla yerinə yetirərək qələbə qolunu vurub.

Qeyd edək ki, FİFA Konfederasiyalar Kubokunun qalibi bu gün Bakı vaxtılə saat 22.00-da Sankt-Peterburqda Çili və Almaniya milliləri arasında keçiriləcək final qarşılaşmasında məlum olacaq.

AzVision.az


Teqlər: Portuqaliya   Futbol   FİFA  





Xəbər lenti