Bakıda tanqo şou və idman dərsi - Fotolar

Bakıda tanqo şou və idman dərsi - Fotolar
  02 İyul 2017    Oxunub:2866
İyulun 1-də Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və master klas keçirilib. Parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqsini seyr ediblər.
Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara, həmçinin ustad dərsi verib.

Bazar günü səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında 5 dəfə Azərbaycan çempionu, Avropanın vitse-çempionu, «Tonus» klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.

Qalereya




Teqlər: Heydər-Əliyev-Mərkəzi   Tanqo   Dərs  





Xəbər lenti