Avropa İttifaqına Estoniya sədrlik edəcək

Avropa İttifaqına Estoniya sədrlik edəcək
  01 İyul 2017    Oxunub:1229
Bu gündən Avropa İttifaqına (Aİ) sədrliyi Estoniya edəcək.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, Maltadan rəsmi Tallinə keçən sədrlik 6 ay - yanvarın 1-ə qədər davam edəcək.

Bununla bağlı Brüsseldə Estoniya baş naziri Yuri Rattas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federika Moqerini və ittifaqın digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.

Estoniya quruma sədrliyi dövründə əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələləri müəyyən edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:   Estoniya  





Xəbər lenti