Deputatın rəis qardaşı həbs edilib? - Açıqlama

Deputatın rəis qardaşı həbs edilib? - Açıqlama
  01 İyul 2017    Oxunub:7936
YAP-ın Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı (Həsənova) qardaşının həbs olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Millət vəkili AzVision.az-a açıqlamasında qardaşının həbs edilmədiyini bildirib.

"Hansısa jurnalistin Dövlət Təhlükəsizliyi Xidmətinin adından yalan informasiya yayması heç cür qəbul olunan deyil. Məlumat tamamilə əsassız və qərəzlidir. Qardaşım həbs edilməyib, hazırda iş başındadır".

Qeyd edək ki, musavat.com-un yaydığı məlumata görə, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparıldığı qeyd olunub.

Məlumatda bildirilib ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçının da saxlanıldığı bildirilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Deputat   Həbs   Gömrük  





Xəbər lenti