Zakir Həsənov inzibati binanın açılışında - Fotolar

Zakir Həsənov inzibati binanın açılışında - Fotolar
  01 İyul 2017    Oxunub:1110
Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqlarla təchiz edilmiş üç mərtəbəli bina inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarətdir.



Mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub. Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti