Messi evləndi - "İlin toyu"ndan fotolar

Messi evləndi - "İlin toyu"ndan fotolar
  01 İyul 2017    Oxunub:16781
Argentina millisinin və "Barselona"nın məşhur futbolçusu Lionel Messi sevgilisi Antonello Rokuzzo ilə evlənib.
AzVision.az-ın məlumatına görə, toy mərasimi 30 yaşlı hücumçunun doğuluğu Rosaria şəhərində keçirilib.

Qeyd edək ki, İspaniya mətbuatının "İlin toyu" adlandırdığı mərasimə dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya gediblər. Bundan başqa, 300 təhlükəsizlik əməkdaşı toy vaxtı xidmət aparıb.

Toyu izləmək üçün təxminən 60 ölkədən 150 jurnalist akkreditasiyadan keçib.

Xatırladaq ki, Messi və Antonello Rokuzzonun Tiaqo və Mateo adlı iki oğlu var.




















Kənan Məmmədov
AzVision.az


Teqlər: Messi   Toy  





Xəbər lenti