Rusiyada 27 mindən çox insan işıqsız qalıb

Rusiyada 27 mindən çox insan işıqsız qalıb
  01 İyul 2017    Oxunub:1070
Rusiyanın Moskva şəhərində, Moskva, Kaluqa və Tula əyalətlərində gərgin hava şəraiti ilə əlaqədar 27 mindən çox insan işıqsız qalıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sürəti saniyədə 18 metr olan külək yağışla müşayiət olunur.

Şiddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 120-yə yaxın aviareys təxirə salınıb.

Məlumata əsasən, Moskvada qeyri-sabit hava şəraiti iyulun 1-də də davam edəcək.

AzVision.az


Teqlər: Rusiya   Moskva   İşıq  





Xəbər lenti