Dörd bankın əmlakı satışa çıxarılıb

Dörd bankın əmlakı satışa çıxarılıb
  30 İyun 2017    Oxunub:1637
Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb.
Əmanətlərin Sığortalanması Fondundan AzVision.az-a verilən məlumata görə, ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan ”Royal Bank” ASC-nin balansında olan avtomobili, Ləğv prosesində olan ”Gəncəbank” ASC-nin balansında olan qeyri yaşayış binasını, eyni zamanda ləğv prosesində olan ”Atra Bank” ASC-nin balansında olan 7 ədəd bankomatı hərrac yolu ilə satışa çıxarılır.

Maraqlanan şəxslərdən daha ətraflı məlumat almaq üçün linkə daxil olmaqları xahiş olunur.

AzVision.az


Teqlər: Bank   Əmlak  





Xəbər lenti