Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə
  30 İyun 2017    Oxunub:1440
Vyana şəhərində BMT-in Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyasının Təftiş qrupunun sessiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov və həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyevdən ibarət nümayəndə heyəti iştirak edib.

Konvensiyaya tərəf olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə konvensiyanın implementasiyasının müxtəlif aspektləri, o cümlədən implementasiya mexanizminin təkmilləşdirilməsinə yönələn addımlar müzakirə edilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətlərə dair səmərəli təcrübə mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti sayəsində ölkəmizdə ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, rüşvətxorluğun milli qanunvericilikdə konvensiyanın müddəalarına uyğun olaraq kriminallaşdırılması aspektrləri barədə ətraflı məlumat verilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti