Moskvada güclü qasırğa: 3 ölü, 5 yaralı (Yenilənib)

Moskvada güclü qasırğa: 3 ölü, 5 yaralı (Yenilənib)
  30 İyun 2017    Oxunub:2966
Rusiyada güclü külək və yağış Moskva şəhəri və Moskva vilayəti ərazisində elektrik paylayıcı şəbəkələrdə qəzalara səbəb olub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş verən güclü külək zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb. Belə ki, şiddətli külək yük maşınındakı beton çarxı düşürüb və nəticədə beton çarx iki nəfərin üstündən keçib.

Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfəri isə ildırım vurub. O, hadisə yerində keçinib.

***

Yaxın günlərdə Moskvada dolu və sürəti saniyədə 15-20 metrə qədər güclənəcək fırtına olacaq.

AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Moskvada bu cür hava şəraiti günün ikinci yarısından başlayacaq və iyulun 1-dək davam edəcək.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və qapalı məkanda qalmağı tövsiyə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva   Rusiya   Qasırğa  





Xəbər lenti