Xəstəxanada iki nəfər güllələnib

Xəstəxanada iki nəfər güllələnib
  30 İyun 2017    Oxunub:1280
Las-Veqas xəstəxanalarından birində pasiyent iki nəfəri yaralayıb, daha sonra özünə qəsd edib.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, ABŞ polisinin məlumatına görə, poliklinikada qeydiyyatda olan şəxs həkimdən onu növbəsiz qəbul etməyi tələb edib. Bundan imtina edildikdən sonra atəş açmağa başlayıb.

Hadisə təxminən 10 nəfərin olduğu kabinetdə baş verib. Silahlı şəxs tibb müəssisəsinin iki əməkdaşını yaralayıb, onların həyatı üçün heç bir təhlükə yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Xəstəxana  





Xəbər lenti