Donetskin mərkəzində partlayış olub

Donetskin mərkəzində partlayış olub
  30 İyun 2017    Oxunub:1257
Ukraynanın Donetsk vilayətinin mərkəzində partlayış baş verib.
AzVision.az "İnterfax"a istinadən xəbər verir ki, partlayış Ticarət Universitetinin binasında qeydə alınıb.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Məlumata görə, partlayışa əldəqayırma partlayıcı qurğu səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Ukrayna   Donetsk   Partlayış  





Xəbər lenti