Bakı Zooparkına yeni heyvanlar gətiriləcək

Bakı Zooparkına yeni heyvanlar gətiriləcək
  29 İyun 2017    Oxunub:2068
Bakı Zooparkına Daşkənddən və Rusiyadan yeni heyvanlar gətiriləcək.
Bu barədə AzVision.az-a zooparkın direktoru Azər Hüseynov məlumat verib. Onun sözlərinə görə, zooparkda olan tək heyvanlar cütləşdiriləcək.

“Bakı Zooparkında iri yapalağın dişisi olsa da, erkəyi yoxdur. Onu cütləşdirmək üçün Daşkənd Zoololoji Parkından erkək cins heyvan gətirəcəyik. Sonra həmin parkdan bizə dişi lama, quzğun verəcəklər. Moskva Zooloji Parkından isə dağ turunun erkəyi, dişisi və müəyyən quşlar gətiriləcək”-, deyə direktor vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən artıq fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Bakı   Zoopark  





Xəbər lenti