Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə
  29 İyun 2017    Oxunub:1375
İyunun 26-dan 28-dək Tbilisi şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Gürcüstan Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Beynəlxalq Prokurorlar Assosiasiyasının 8-ci regional konfransı keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası və kibercinayətkarlıq mövzusunda keçirilən konfransda 30-dan artıq ölkənin hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak etmiş, elektron valyutada olan əmlakların və digər əmlak növlərinin izlənilməsi, müsadirəsi, bərpası və effektiv idarə edilməsi, elektron valyuta ilə törədilən çirkli pulların yuyulması cinayətlərinin istintaqı zamanı sübutların toplanılması və digər məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində K.Əliyev Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşmüş, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan kütləvi informasiya vasitələrinin suallarını cavablandırmış, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verilib.

İştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti