Azərbaycanlı futbolçu prezidentlə görüşüb - FOTOLAR

Azərbaycanlı futbolçu prezidentlə görüşüb - FOTOLAR
  29 İyun 2017    Oxunub:3132
Slovakiya prezidenti Andrey Kiska çərşənbə günü Prezident sarayında Jilina futbol klubun heyətini qəbul edib. AzVision.az xəbər verir ki, bu barədə məlumat Slovakiya prezidentinin rəsmi saytında yerləşdirilib.
Futbolçumuz Ramil Şeydayevin da iştirak etdiyi görüşdə ölkə başçısı ötən mövsüm Slovakiya çempionu olan “Jilina”nı təbrik edib, onlara avrokuboklarda uğurlar arzulayıb.

Prezident vurğulayıb ki, futbol ölkədə ən populyar idman növüdür.

“Jilina” futbol klubunun rəhbərliyi prezidentə üzərində onun adı yazılan formanı təqdim edib.

Qeyd edək ki, “Jilina” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kopenhagen”lə (Danimarka) qarşılaşacaq.





Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Slovakiya   Jlina  





Xəbər lenti