İlham Əliyev Berdiməhəmmədovu təbrik edib

İlham Əliyev Berdiməhəmmədovu təbrik edib
  29 İyun 2017    Oxunub:1280
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 60 illik yubileyi münasibətilə ona təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Türkmənistan prezidentinin rəsmi saytına məlumat yerləşdirilib.

“Azərbaycan və Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Ümumi mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsi ilə iki ölkə arasında dövlətlərarası dialoqun birgə səylərimiz nəticəsində daha da inkişaf edəcəyinə və güclənəcəyinə inanıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Türkmənistan xalqına isə sülh və əminamanlıq arzulayıram", - məktubda deyilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İlham-Əliyev   Türkmənistan  





Xəbər lenti