DİM bakalavrlara müraciət edib

DİM bakalavrlara müraciət edib
  29 İyun 2017    Oxunub:863
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

AzVision.az


Teqlər: DİM   Bakalavr  





Xəbər lenti