"Universitetlərin strukturu dəyişdirilir" - Təhsil naziri

"Universitetlərin strukturu dəyişdirilir" - Təhsil naziri
  29 İyun 2017    Oxunub:1873
Təhsil naziri Mikayıl Cabbarov universitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazirin sözlərinə görə, universitetlərdə hüquqi təşkilati formanın dəyişdirilməsi və ölkə qanunvericiliyinin tələbləri ilə uyğunlaşdırılması prosesi müşahidə edilir.

“Digər tərəfdən universitetlərin daxili idarəetmə strukturları bu proses çərçivəsində dəyişdirilir, nizamnamələrdə müvafiq dəyişiklər edilir və yeni idaretmə strukturları tətbiq olunur”.

Təhsil naziri bildirib ki, peşə təhsili sistemində təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdirilir.

“Artıq bir çox peşə təhsil müəssisələri optimallaşdırılıb, onların bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb. Bunun əsas məqsədi təhsil alanlar üçün təhsilin keyfiyyətinin qaldırılmasıdır. Nəticədə peşə təhsili müəssisəsini bitirən hər bir məzun iş yerini daha asanlıqla, daha yüksək əmək haqqı ilə əldə etmək imkanına malik olur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Mikayıl-Cabbarov   Təhsil-Nazirliyi  





Xəbər lenti