Ermənistan Qarabağ məsələsində Rusiyaya güvənmir

Ermənistan Qarabağ məsələsində Rusiyaya güvənmir
  29 İyun 2017    Oxunub:2435
"Biz hər hansı bir qüvvəyə ümid etməməliyik"
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycana Rusiya silahının satılması barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması məsələsində Ermənistan ilk növbədə özünə güvənməlidir. "Digərinə bəslənən ümidlər bizi yanlış istiqamətdə çox uzaqlara apara bilər. Bu arada Rusiya bizim tərəfdaşımızdır və biz onunla əlaqələrə böyük önəm veririk. Artıq ümid bağlamaq lazım deyil”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Qarabağ  





Xəbər lenti