Magistraturaya qəbul olunanların sayı artıb

Magistraturaya qəbul olunanların sayı artıb
  29 İyun 2017    Oxunub:1177
“Ötən il magistraturaya qəbul olan oğlanların sayı 4700-dən az idisə, bu il onların sayı 6000-dən çox olub”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magistraturaya qəbul olanların sayı əhəmiyyətli dərəcədə artıb.

“Hər bir təhsil müəssisəsinin düzgün qurulmuş innovasiya siyasəti olmalıdır. Təhsil, elm və innovasiya arasında qarşılıqlı əlaqələrin qurulması vacibdir. Hazırda ali təhsil müəssisələrində innovasiya mərkəzlərinin inkişaf etdirilməsi istiqamətində işlərə dəstək verilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov   Magistratura  





Xəbər lenti