Bakı polisi Arif Məmmədovu və Elnur Nağızadəni axtarır - FOTO

Bakı polisi Arif Məmmədovu və Elnur Nağızadəni axtarır - FOTO
  29 İyun 2017    Oxunub:5622
Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarışı barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
AzVision.az-ın məlumatına görə, hər iki şəxsin axtarış dosyesi BŞBPİ-nin saytında qeyd olunub.



1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.



1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Polis   Axtarış  





Xəbər lenti