Türkiyə və ABŞ arasında Qətər müzakirəsi

Türkiyə və ABŞ arasında Qətər müzakirəsi
  29 İyun 2017    Oxunub:1124
Türkiyə və ABŞ müdafiə nazirləri Fikri İşıq və Ceyms Mettis NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü zamanı regiondakı vəziyyəti müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən görüş zamanı tərəflər Qətər böhranı, Suriya və İraqda hərbi münaqişənin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər: Qətər   ABŞ   Türkiyə  





Xəbər lenti