Bakıda yanğın, 14 nəfər təxliyə olunub

Bakıda yanğın, 14 nəfər təxliyə olunub
  29 İyun 2017    Oxunub:1093
Bu gün səhər Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb.
Fövqəladə hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti