Ana və oğlu qəzada ölüb - (Yenilənib)

Ana və oğlu qəzada ölüb -  (Yenilənib)
  29 İyun 2017    Oxunub:2580
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 06:30-da başa çatıb.

***
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, “Shagman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B. Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.

Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

AzVision.az


Teqlər: Masallı   Qəza   Ölüm  





Xəbər lenti