İmişlidə 3 otaqlı ev yanıb

İmişlidə 3 otaqlı ev yanıb
  29 İyun 2017    Oxunub:1039
İmişli rayonu, Muradalı kəndində yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti