Girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb - Yenilənib

Girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb - Yenilənib
  29 İyun 2017    Oxunub:1672
Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb.
TASS-in verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

Məlumata əsasən, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan BMT əməkdaşları Tripoliyə yollanıb.

***

Liviyada Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının üzvlərini əsir götürülüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT nümayəndələrini əsir götürənlər “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar olub.

Məlumata görə, hadisə Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib.

Liviyada BMT missiyasının əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər.

Onlar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

AzVision.az


Teqlər: BMT  





Xəbər lenti