Almaniyanın İstanbuldakı Baş konsulluğunda ajiotaj

Almaniyanın İstanbuldakı Baş konsulluğunda ajiotaj
  29 İyun 2017    Oxunub:1541
Almaniyanın İstanbuldakı Baş konsulluğuna daxil olan bağlama böyük təşviş yaradıb.
Türkiyə KİV-lərinin məlumatına görə, bu diplomatik nümayəndəliyin təhlükəsizliyinə cavabdeh olan şəxslər kuryerin gətirdiyi bağlamadan şübhələnərək araşdırma üçün polisə müraciət ediblər. Əraziyə fövqəladə hallar üzrə mütəxəssislər cəlb olunub. Təhlükəsizlik məqsədilə bir neçə saat baş konsulluğun ərazisinə giriş-çıxış bağlanıb.

Bağlamada partlayıcı olmadığı bildirilsə də, hələlik onun içində nə olduğu və kim tərəfindən göndərildiyinə dair məlumat verilməyib.

AzVision.az


Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti