Xəzərdə qayıq qəzaya uğrayıb - 5 nəfər xəsarət alıb

Xəzərdə qayıq qəzaya uğrayıb - 5 nəfər xəsarət alıb
  29 İyun 2017    Oxunub:2367
Bu gün saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşlarının olduğu qayıq qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.

Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: Xəzər   Qayıq  





Xəbər lenti