Ağsuda minik avtomobili yanıb

Ağsuda minik avtomobili yanıb
  29 İyun 2017    Oxunub:1173
Ağsuda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağsu rayonu, Növcü kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Ağsu   Yanğın  





Xəbər lenti