Bakıda avtobusların hərəkəti bərpa olunub

Bakıda avtobusların hərəkəti bərpa olunub
  27 İyun 2017    Oxunub:1549
Bakıda keçirilən “Formula-1” Azərbaycan Qran-pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA)AzVision.az- a verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

“Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti