Tanınmış aktyor xəstəxanaya yerləşdirilib

Tanınmış aktyor xəstəxanaya yerləşdirilib
  26 İyun 2017    Oxunub:2226
Rusiyanın tanınmış aktyoru, SSRİ xalq artisti Vladimir Etuş reanimasiyaya yerləşdirilib.
AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, aktyor müayinə üçün Moskvada poliklinikaya gedib. O, poliklinikanın pilləkənini qalxan zaman yıxılıb. Həmin vaxt V.Etuşun həyat yoldaşı onun yanında olub. Lakin xanımı aktyorun yıxılmasına mane ola bilməyib.

95 yaşlı V.Etuş Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, aktyor teatrda fəaliyyətini davam etdirir. V.Etuş yıxıldığına görə onun iştirakı ilə olan tamaşalar taxirə salınıb.

AzVision.az


Teqlər: VladimirEtuş   SSRİ   Xalq-artisti  





Xəbər lenti