Bakıda top mərmisi tapılıb - FOTO

Bakıda top mərmisi tapılıb - FOTO
  26 İyun 2017    Oxunub:1315
Bakının Sabunçu rayonunda partlamamış mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük savxozu adlan ərazidə partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib, 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan top mərmisinin ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, təhlükəli əşya və qurğu aşkar edilməyib.





AzVision.az


Teqlər: ANAMA   Bakı   Top  





Xəbər lenti