Bayram günü növbəti yol qəzası: 1 ölü, 3 yaralı

Bayram günü növbəti yol qəzası: 1 ölü, 3 yaralı
  26 İyun 2017    Oxunub:1567
Ağdaşda yol qəzası baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.
Belə ki, həmin ərazidə "Hyundai-Sonata " və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

"Report"un Şirvan bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.

Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Xəsarət alan şəxslərin hamısı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.

AzVision.az


Teqlər: Ağdaş   Qəza  





Xəbər lenti