Bakıda hərbi orkestrlərin çıxışları olacaq

Bakıda hərbi orkestrlərin çıxışları olacaq
  26 İyun 2017    Oxunub:992
Bu gün Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 26 İyun - Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə); Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə); Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; Zərifə Əliyeva parkında; Zabitlər parkında; Fəvvarələr meydanında hərbi orkestrlərin çıxışları olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti