Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
  26 İyun 2017    Oxunub:1434
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan etibarən Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunacaq.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti