Azərbaycanda bayram namazı qılınıb

Azərbaycanda bayram namazı qılınıb
  26 İyun 2017    Oxunub:2181
Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.
AzVision.az-ın məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.

QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 27-də başlayıb və iyunun 26-da başa çatıb.

AzVision.az


Teqlər: Ramazan  





Xəbər lenti