Restorana silahlı basqın: 11 ölü, 4-ü uşaqdır

Restorana silahlı basqın: 11 ölü, 4-ü uşaqdır
  26 İyun 2017    Oxunub:1482
Meksikanın Verakuruz əyalətində yerləşən retoranlardan birinə silahlı basqın olub.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, basqın nəticəsində əyalətin polis rəisi Kamilo Kastaqne və 4 uşağı qətlə yetirilib.

Əyalət valise Migel Angel Yunseq bildirib ki, silahlı basqın nəticəsində ümumilikdə 11 nəfər öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Meksika  





Xəbər lenti