Ərdoğanın mühafizəçiləri Almaniyaya buraxılmayacaq

Ərdoğanın mühafizəçiləri Almaniyaya buraxılmayacaq
  26 İyun 2017    Oxunub:1590
Almaniya hökuməti Türkiyə hakimiyyətini prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib.
"Welt" xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətindəki mənbə açıqlayıb.

Mənbə bildirib ki, Hamburqda Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər. Çünki Almaniyada terrorçu PKK-nın tərəfdarları çoxdur və bu, terrorçu təşkilatın tərəfdarları ilə Türkiyə vətəndaşları arasında qarşıdurmaya səbəb ola bilər.

Qeyd edək ki, mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı buna bənzər insident olub. Nəticədə azı 9 nəfər xəsarət alıb. Hakimiyyət orqanları analoji situasiyanın ABŞ prezidenti Donald Trampın gəlişi zamanı da yarana biləcəyindən ehtiyat edir.

AzVision.az


Teqlər: Almaniya   Türkiyə   Ərdoğan  





Xəbər lenti