“Formula-1”in qalibi məlum oldu - FOTOLAR

“Formula-1”in qalibi məlum oldu - FOTOLAR
  25 İyun 2017    Oxunub:8517
"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin qalibi məlum olub.
AzVision.az xəbər verir ki, “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo Bakı trasında hamıdan sürətli olub. O, 51 dövrəlik yarışı 1:46.117 göstərici ilə başa vurub.

İkinci pillədə 1:43.925 göstərici ilə “Mercedes” komandasının təmsilçisi Valtteri Bottas, üçüncü pillədə isə 1:45.375 göstərici ilə “Williams” komandasının üzvü Lans Stroll qərarlaşıb.

Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası olub.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.









Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti