Lent.az-ın 9 yaşı tamam oldu

Lent.az-ın 9 yaşı tamam oldu
  25 İyun 2017    Oxunub:4834
Bu gün “Lent.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 9 il ötür.
www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya agentliyi sayılır.

www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. “Lent.az” siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Hazırda “Lent.az”ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var.

Maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Saytın gündəlik istifadəçilərinin sayı 15000-ə yaxındır ki, bu da Azərbaycan miqyasında kifayət qədər böyük rəqəmdir.

Agentlik hələlik yalnız Azərbaycan dilində xəbərlər yaysa da, yaxın gələcəkdə rus və ingilis dilində də xəbər istehsalı ilə məşğul olmağı hədəfləyib.

AzVision.az kollektivi adından dostlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq.


Teqlər:





Xəbər lenti