Ötən gün 76 cinayət olub

Ötən gün 76 cinayət olub
  25 İyun 2017    Oxunub:1468
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 48 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti