Nazir Qubada vətəndaşları qəbul edib

Nazir Qubada vətəndaşları qəbul edib
  24 İyun 2017    Oxunub:927
Daxili işlər naziri Ramil Usubov Quba Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Quba da daxil olmaqla, bölgənin altı şəhər və rayonundan müraciət edən 41 nəfər iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti