"Formula-1" bolidinin qiyməti - Ən ucuzu 7 milyondur

"Formula-1" bolidinin qiyməti - Ən ucuzu 7 milyondur
  24 İyun 2017    Oxunub:19802
"Formula-1" bolidləri adi avtomobillərdən həcminin kiçikliyi ilə yanaşı qiymətlərinə görə də fərqlənir. Onların hazırlanması bir neçə milyon dollara başa gəlir.
AzVision.az-ın məlumatına görə, "Formula-1" bolidinin orta qiyməti 7 milyon dollardır. Bolidin ən bahalı hissəsi olan mühərrikin qiyməti 4,7 milyon dollardan başlayır. Bolidlərin mühərriklərinin ömrü tam gücü ilə çalışdıqda cəmi 2 saat təşkil edir.

Avtomobilin həm avtomot, həm də manual olan sürət qutusunun orta qiyməti isə 128 min dollardır. İdarə edən pilotu qoruyan bolidin qiyməti də 128 min dollar təşkil edir. Avtomobilin alt hissəsinin qiyməti orta hesabla 86 min, əyləc sistemi isə 207 min dollara təklif olunur.



Bolidin bütün idarəetmə sisteminin yerləşdiyi sükanın qiyməti isə 29 min dollar civarındadır. Tormoz diskləri Selsi şkalası üzrə təxminən 1000 dərəcə istiliyə qarşı dözümlüdür. Onlar karbon fibra materialından hazırlanıb.

Avtomobili tənzimləyən və nəzarətdə saxlayan 100 sensor və elektron cihazları birləşdirmək üçün cəmi uzunluğu 1 kilometri aşan kabeldən istifadə olunur. F1 avtomobili cəmi 4 saniyə ərzində 0-dan 160 km-ə qədər sürət yığa bilir və əksinə sürəti 160 km-dən 0 kilometrədək azalda bilir. "Formula-1" bolidinin kütləsi təxminən 550 kq-dır.



Bolidin qabaq hissəsində olan və 2 hissədən ibarət havalığın qiyməti 215 min dollar, arxada yerləşən hava tənzimləyicinin qiyməti isə 129 min dollaradır.

Avtomobilin titandan hazırlanan və 900 dərəcə davamlı səsboğucunun qiyməti isə 255 min dollardan başlayır.

“Formula-1” bolidinin bir şininin qiyməti 650 dollar olsa da, onun birləşdiyi hissələrlə birlikdə qiyməti 291 min dollardan az deyil. Bolidin göstəricisi artdıqca qiymət daha da yüksəlir.

Əksər yarış avtomobillərinin təkərləri nitrogenlə doldurulur. Normal hava ilə müqayisədə nitrogenin hava təzyiqinə dözümü daha yüksəkdir. Əgər normal avtomobil təkərləri 60.000 - 100 000 km ömrə malikdirsə, yarış avtomobillərinin təkərləri hər 90-120 km məsafədən sonra dəyişdirilir. Təkərlər yarış zamanı sürtülmədən kütləsini itirir. Orta hesabla F1 təkərləri hər 100 km məsafəyə 0.5 kq çəki itirirlər. “Formula-1” texniki heyəti cəmi 3 saniyə ərzində təkərləri dəyişə və yanacaq çənini tam doldura bilir. Pit stop zamanı bolidin yanacaq çəninə 1 saniyədə 12 litr yanacaq doldurulur.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti