Oğurladıqları maşınla qəzaya düşdülər

Oğurladıqları maşınla qəzaya düşdülər
  24 İyun 2017    Oxunub:1463
Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Nizami rayonu B.Nuriyev küçəsində paytaxt sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb, daha sonra isə Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan iki yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Maşın   Qəza  





Xəbər lenti