Çində 100 nəfər dağıntılar altında qalıb

Çində 100 nəfər dağıntılar altında qalıb
  24 İyun 2017    Oxunub:1428
Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində azı 100 nəfər dağıntılar altında qalıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində Maosian qəsəbəsində baş verib.

İlkin məlumata görə, 40 yaşayış evi torpaq altında qalıb. Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

AzVision.az


Teqlər: Çin  





Xəbər lenti