İŞİD-in əsas maliyyəçisi məhv edilib

 İŞİD-in əsas maliyyəçisi məhv edilib
  24 İyun 2017    Oxunub:1119
Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

Məlumata əsasən, Cübeyr ər-Raui iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti