Trampın keçmiş arvadı səfir olmaqdan imtina etdi

Trampın keçmiş arvadı səfir olmaqdan imtina etdi
  23 İyun 2017    Oxunub:1999
ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı, milliyyətcə çex olan İvana Tramp Birləşmiş Ştatların Çexiyadakı səfiri olmaqdan imtina edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı ABŞ prezidenti seçildikdən sonra Çexiyada səfir postu uğrunda mübarizə aparan İvana Tramp Miloş Zemanın da dəstəyini qazanmışdı. Onun bu postdan imtinasına münasibət bildirən Çexiya Prezidenti Miloş Zeman İvana Trampın öz ölkəsinə münasibətdə hiss etməli olduğu məsuliyyətdən qorxaqcasına qaçdığını deyib.

Qeyd edək ki, Donald Tramp İvana Zelniçkova ilə 1977-ci ildə ailə həyatı qurmuşdu. 1992-ci ildə ayrıldıqları zaman onların üç uşağı var idi. Ağ evin hazırkı sahibinin amerikalı aktrisa Marla Meyplzlə evliliyi 1993-cü ildən 1999-cu ilədək sürüb. 2005-ci ildə isə milyarder ABŞ-a Sloveniyadan gəlmiş Melane ilə ailə həyatı qurub.

AzVision.az


Teqlər: ABŞ   Çexiya   Tramp  





Xəbər lenti