"Formula-1"də növbəti qəza

"Formula-1"də növbəti qəza
  23 İyun 2017    Oxunub:1634
"Formula-1" üzrə Azərbaycan Qran Prisində növbəti qəza baş verib.
AzVision.az-ın məlumatına görə, hazırda davam edən ikinci sərbəst yürüş zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolid səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb.

Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran bolidi oradan götürüb.

Qeyd edək ki, yarışlarda ilk qəza məhz bu döngədə baş verib. İlk dövrədə "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Qəza  





Xəbər lenti