Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
  23 İyun 2017    Oxunub:1465
FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununu idarə edəcək.

Norveçdəki görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Əliyar Ağayev Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva) matçının dördüncü hakimi olacaq.

AzVision.az


Teqlər: FİFA   ÇL   Hakim  





Xəbər lenti