"Sizin üçün darıxmışdım" - Tarkan Bakıdadır (FOTO)

"Sizin üçün darıxmışdım" - Tarkan Bakıdadır (FOTO)
  23 İyun 2017    Oxunub:7825
Tanınmış türkiyəli müğənni Tarkan “Formula-1” yarışları çərçivəsində Bakıda keçiriləcək konsert proqramında iştirak etmək üçün ölkəmizə gəlib.
AzVision.az-ın məlumatına görə, Tarkan bu axşam dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

“Sizlər üçün çox darıxmışdım. Konsertin həyəcanı məni bürüyüb. Axşam görüşənə qədər....”-deyə Tarkan "İnstagram" səhifəsində yazıb.





Hafiz Əhmədov
AzVision.az


Teqlər: Formula-1   Tarkan  





Xəbər lenti